Mingəçevirdə oğurluq hadisəsi baş verib.
“Yeni Sabah”ın məlumatına görə, oğurluq 85 manata görə olub.
Şəhər sakini Züleyxa Bağırova yaşadığı mənzildən oğurluq olması barədə polisə müraciət edib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən iki nəfər saxlanılıb. Müəyyən edilib ki, qarətdə iştirak edənlərdən biri yaşlı qadının nəvəsidir. Marqarita pizza
Belə ki, Tovuz sakini Tural İskəndərov, dostu Xasay Musatafayevə nənəsinin evindən oğurluq etməyi təklif edib. Dostlar yaşlı qadının mənzilinə girib ona xəsarət yetirdikdən sonra 85 manatı götürərək ordan uzaqlaşıblar. Əməlindən peşman olan nəvə, hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirlir.
Qeyd edək ki, bundan öncə yayılan məlumatlarda Züleyxa Bağırovanın evindən 3 min manat oğurlandığı deyilirdi.
Telegram kanalımız