85 yaşı tamam olan yazıçı: “Bu gün evdən çıxmayacağam“

saytların hazırlanması

Evə çatdırılma

85 yaşı tamam olan yazıçı: “Bu gün evdən çıxmayacağam“

Yazar

06 Dekabr 2022 16:56 12735


Bu gün Azərbaycanın tanınan yazıçılarından olan Əkrəm Əylislinin 85 yaşı tamam olur.

Səbəbkar doğum günü təəsüratlarını və yubileyini kimlərlə keçirəcəyi barədə Yenisabah.az-a danışıb.

"Daş yuxuları"na görə bütün titulları əlindən alınan yazıçı açıqlamasında doğum günündə evdən çıxmayacağını bildirib: Dominos pizza

“Mən ad günümü həmişə evdə, dar dairədə keçirirəm. Bu il də belə olacaq. Açığı, ad günümlə bağlı təmtəraqlı nələrsə demək istəmirəm. Həm Azərbaycandan, həm xarici ölkələrdən təbrik edənlər var. Yubileylə bağlı isə qeyri-adi nə isə etməyəcəyəm, elə həmişəki qaydada olacaq. Jurnalistlərdən də təkliflər gəldi, çəkiliş etmək istədilər, amma mən bunu istəmədim. Bilirsiniz, gərək belə şeylərə həvəsli olasan, olmayanda bu alınmır. Hər şey normaldır. İngiltərədən jurnalistlər təbrik etdi, Yaponiyadan uzun bir təbrik məktubu aldım. Bunlar hamısı pozitiv şeylərdir və mənim üçün xoş oldu”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!