85 yaşlı şair vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

85 yaşlı şair vəfat etdi

Mədəniyyət

10 May 2025 18:06 1215


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, filologiya üzrə fəlsəfə doktoru, ğasən Bədəlzadə vəfat edib.

Yenisabah.az kult.az-a istinadla xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat yayıb.

O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib. Sezar pizza

Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.

Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...", "Payızda məhəbbət", "Hayıf, a dünya səndən", "Qorxuram bu dünya sevgisiz qala", "Hələ yaşamağa dəyər dünyada" adlı şeirlər kitabları nəşr olunub.

Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə "Yanmaq ona deyərəm ki" adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.

2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin "Yapon ədəbiyyatı tarixi" dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı "Tarixə düzgün baxış, yoxsa mistik naxış" adlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!