9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb

9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb

Sosial Veb saytların hazırlanması

25 Yanvar 2019 20:28 926


Təklifləri icra etmədiyi üçün 9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır.

“Yeni Sabah”ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb:

“Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”.

V.Zahirov bildirib ki, qanunvericiliyə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə üçün müəyyən dəyişiklik olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!