9 gündə 10 minə yaxın sürücü cərimələnib

saytların hazırlanması

Evə çatdırılma

9 gündə 10 minə yaxın sürücü cərimələnib

Avto

09 Aprel 2020 10:09 1373


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Yenisabah.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən məlumat verir.

Məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9 959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!