"İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, proseslərin düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 9 iyun tarixində xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər Heydər Əliyev sadə vətəndaşlarla, hərbçilərlə görüşərək qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Ümummilli Lider görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında fikirlərini açıqladı. Məhz həmin gün Azərbaycanın çoxəsrlik tarixinə əlamətdar hadisə kimi yazıldı. Belə ki, sessiyada deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi hadisə ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. 15 iyun 1993-cü il Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. pizza
YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı xüsusi vurğulayıb ki, dövlət başçısı İlham Əliyev daim çıxışlarında tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin təhlil edilməsinə, gələcək nəsillərə çatdırılmasına çağırışlar edir.
Vüqar Rəhimzadə bildirib ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, uğurlarımızın miqyası genişdir. 1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır.
Telegram kanalımız