9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş   - Saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş - Saxlanıldılar

Dünya

15 Aprel 2026 20:51 3646


Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücum etməsi nəticəsində 9 nəfər həlak olub.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.

İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb. Toyuqlu pizza

Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.

Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!