90 balla ali məktəbə qəbul: “Bunun attestatla qəbuldan nə fərqi var?”

saytların hazırlanması

Evə çatdırılma

90 balla ali məktəbə qəbul: “Bunun attestatla qəbuldan nə fərqi var?”

Sosial

01 Sentyabr 2022 12:08 12008


Dünən ali məktəblərə qəbul imtahanının nəticələri açıqlandı.

Bu il rəqabət necə olub? Yüksək bal toplayan abituriyentlərin kənarda qalmasına, aşağı balla qəbulun gerçəkləşməsinə rast gəlinibmi?

Yeniabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, nəticələri daha dəqiq bilmək üçün bütün qrupları ayrı-ayrı dəyərləndirmək və müşahidə etmək lazımdır. pizza mizza

“Biz bu il ciddi şəkildə bal yüksəlişini I qrupda müşahidə etdik.

I qrupda komputer elmləri və texnologiyaları üzrə ixtisaslara qəbul balı demək olar ki, keçən il ilə müqayisədə bütün universitetlərdə ciddi şəkildə artdı. Hətta Bakı Ali Neft Məktəbində 684 bal ilə informasiya təhlükəsizliyi ixtisası üzrə keçid balı formalaşdı ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. I ixtisas qrupunda İKT ixtisaslarında biz artım müşahidə etdik. Digər I qrup ixtisaslarında isə nəzərəçarpacaq qədər artım müşahidə olunmadı. Hətta I ixtisas qrupu üzrə 200 bal ilə ödənişsiz əsaslarla tələbələr qəbul ola bildi.

Stabilliyini qoruyub saxlayan və müəyyən qədər şərti adlandırdığımız 150 ballıq ixtisaslarda artım II ixtisas qrupunda müşahidə olundu. Belə ki, keçən il əgər 150-160 bal olan özəl universitetlərə II qrup ixtisası üzrə marketinq, biznesin idarə edilməsi üzrə ixtisaslarına qəbul olmaq mümkün olmuşdusa, bu il bu rəqəm 170-ə qədər yüksəldi. Lakin II ixtisas qrupunun yuxarı ballarında biz ciddi bir dəyişikliyi müşahidə etmədik. Əksinə keçən ilki nəticələr təkrarlandı.

Bu il ciddi eniş III ixtisas qrupu üzrə müşahidə olundu. Belə ki, keçən il 450 balın üzərində olan bir çox pulsuz ixtisaslar ciddi şəkildə aşağı düşdü. Hətta III ixtisas qrupu üzrə 317-320 bal ilə dövlət universitelərinin prestijli və perspektivli ixtisaslarının pulsuzuna qəbul olmaq mümkün oldu. Hüququn keçid balı 532 bala qədər düşdü. Bu çox ciddi bir eniş idi. Buna səbəb III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin az olması idi. Digər bir tərəfdən isə plan yerləri 2021 ilə müqayisədə 3000 nəfər artmışdır. Bu gələn il ixtisas seçimində bu öz təsirini göstərəcək. Çünki abituriyentlər əvvəlki il qəbul balı ilə ixtisas seçimi ediblər, lakin abituriyentlərin sayı diqqətdən yayınır.

IV ixtisas qrupu üzrə isə yenə də vəziyyət tibb ixtisası üzrə dəyişdi. Belə ki, IV ixtisas qrupunda tibbdə Azərbaycan bölməsi üzrə ballar yüksəldi. Rus bölməsi üzrə müəyyən eniş müşahidə etdik.

V ixtisas qrupunda qabiliyyət tələb edən ixtisasların – xüsusilə musiqi ixtisaslarında kəskin artım müşahidə edildi. Düzdür, idman ixtisasının balı 84-dən 90 bala qədər dəyişsə də ciddi bir fərq yox idi. Ancaq Azərbaycan bölməsi və rus bölməsi üzrə müqayisə apararsaq rus bölməsi üzrə abituriyentlərin daha az ballar ilə universitetlərə qəbul olmaq imkanına nail olduğunu görə bilərik”.

Ekspert bildirib ki, bu ilki nəticələr qənaətbəxş deyil.

“Bunun səbəbi abituriyentlərin pandemiya dövründə təhsil ala bilməməsi və ya çətinlik çəkməsi ilə əlaqədardır. I ixtisas qrupunda biz bir çox abituriyentin yüksək nəticə göstərdiyini görsək də digər qruplarda bunu müşahidə edə bilmədik. Ümumilikdə artıq abituriyentlər tərəfindən bir rahatlıq var ki, “biz onsuzda aşağı ballar ilə universitetə qəbul ola biləcəyik və ciddi bir hazırlığa ehtiyac yoxdur”.

Bu təhlükəli bir tendensiyadan xəbər verir. Biz artıq imtahan modelini və ya formatının dəyişməyə məcburuq. Bəziləri durub deyir ki, bir çoxu xarici ölkələrə attestatla oxumağa gedir. Necə olur Azərbaycanda 90 bal ilə universitetə qəbul olmaq mümkün deyil? Azərbaycanda dövlət universitetlərinin pulsuz ixtisaslarına 90 bal ilə qəbul olmaq mümkün olduğu halda attestatla bunun fərqi nədir?

Yenə də deyirəm, bu təhsilin səviyyəsinin aşağı düşdüyündən xəbər verir. Biz bu məsələdə çox diqqətli olmalıyıq. Aşağı ballarla ali təhsil müəssisələrinə tələbə qəbulunun aparılması ixtisaslı mütəxəssislərin yetişməsinə öz təsirini göstərəcək. Birmənalı şəkildə biz bu məsələdə diqqətli olmalıyıq. Gələcəkdə mütəxəssis çatışmazlığı ilə qarşılaşacağıq”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!