Dünyanı təyyarə ilə dolaşmağa çalışan və 1937-ci ildə itkin düşən amerikalı pilot Ameliya Earhartın təyyarəsini tapmaq məsələsi yenidən gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, Purdiyo Universitetindən olan tədqiqatçılar Earhartın itkin təyyarəsinin izini tapmaq üçün yeni bir araşdırmaya hazırlaşırlar.
Tədqiqatçılar Sakit okeanındakı Nikumaroro adasında 3 həftəlik ekspedisiyaya yollanacaqlar. Məqsəd 2002-ci ildə peyk görüntülərində aşkar edilən sirli metal silindirin Earhartın "Electra 10E" tipli təyyarəsinə aid olub olmadığını müəyyən etməkdir. Dominos pizza
Sözügedən təyyarə 1937-ci ildə Sakit okean üzərindən uçarkən sirli şəkildə yoxa çıxıb.
Telegram kanalımız