90-la gedən sürücü 205-lə radara düşdü

saytların hazırlanması

Evə çatdırılma

90-la gedən sürücü 205-lə radara düşdü

Avto

15 May 2021 15:02 19294


Ağsu-Ağdaş yolunda sürət həddini aşmayan sürücü yüksək məbləğdə cərimələnib. 

Haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamıza şikayət ünvanlayaraq bildirib ki, idarə etdiyi 90-GO-656 qeydiyyat nişanlı "Kia Sportage" markalı avtomobillə mayın 14-ü Ağsu-Ağdaş yolunda müəyyən edilmiş sürətlə (90 km/saat sürətlə) hərəkət edərkən, yolda quraşdırılmış radar onun barəsində nə az, nə çox, düz 250 manat miqdarında cərimə tətbiq edib. 

Yəni, protokolda qeyd olunub ki, sürücü həmin vaxt 205 km/saat sürətlə hərəkət edib.  Dominos pizza

Yazılmış protokolun əsassız olduğunu hesab edən sürücü bildirir ki, elektron kabinetə yerləşdirilmiş videogörüntüdən də aydın şəkildə görünür ki, hərəkət sürəti kifayət qədər aşağıdır. /Avtosfer


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!