Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri ictimaiyyət nümayəndələri, məktəbin məzunları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Bakı şəhəri M.Rahim 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova qonaqlara 90 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Direktor qeyd edib ki, 7 nömrəli tam orta məktəb 1928-ci ildə ibtidai-orta məktəb kimi fəaliyyətə başlayıb. pizza sifarişi
Tədbirdə 7 nömrəli tam orta məktəbin məzunu olmuş Milli Məclisin sədri Oktay Əsədovun 90 illik yubileylə əlaqədar məktəbə ünvanladığı təbrik məktubunu oxunub.
Sonda qonaqlar xatirə kitabına ürək sözlərini qeyd ediblər.
Telegram kanalımız