İranın cənub-qərbində yerləşən Abadan şəhərində (Xuzistan əyaləti) "Metrapol" adlı yaşayış binanın uçması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Vahid Şabani məlumat yayıb.
Eyni zamanda, insident nəticəsində 40-a yaxın insan yaralanıb. pizza
Fəlakətə görə məsuliyyət daşımaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.
Mayın 23-də Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət binasının qismən çökməsi baş verib. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.
Telegram kanalımız