Son vaxtlar ölkənin ən iri bankı hesab olunan Azərbaycan Beynəlxalq Bankı ilə bağlı müştəri şikayətləri xeyli artıb.
“Yeni Sabah” xəbər verir ki, ABB istifadəçilərinin ən çox üzləşdiyi problemlər pul köçürmələri, kredit müraciəti edilmədiyi halda şəxsi məlumatların sorğulanması, ictimai nəqliyyatda NFC vasitəsilə ödənişlərdə yaranan çətinliklər və fərdi bank hesablarından vəsaitlərin silinməsi ilə bağlıdır.
Bu günlərdə Azərikard Prosessinq Mərkəzində yaranmış texniki problem zamanı istifadəçiləri ən çox zərər görən bank da məhz elə ABB olub. pizza hut
Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ölkə daxili pul köçürmələri ilə bağlı yeni məhdudiyyət müəyyənləşdirib. Bankın qəbul etdiyi yeni qərara əsasən, 24 İyun 2026-cı il tarixdən, ABB kartları vasitəsi ilə "m10" hesablarına pul köçürmək mümkün olmayacaq. Eyni zamanda müştərilər öz "m10" hesablarından ABB kartlarına da pul köçürə bilməyəcəklər. Bankın sözügedən addımı müştəriləri tərəfindən ciddi etirazla qarşılanıb. Lakin bank tərəfindən məhdudiyyətin səbəbi hələlik açıqlanmayıb.
Bir neçə gün ərzində sosial mediada ayrı-ayrı ABB müştərilərinin səsləndirdiyi şikayətlərin bəziləri aşağıdakı kimidir:









Nazim Hacıyev
Telegram kanalımız