Abdullahian Mirzoyana Qarabağdan yox, Əliyevlə söhbətindən danışıb

saytların hazırlanması

Evə çatdırılma

Abdullahian Mirzoyana Qarabağdan yox, Əliyevlə söhbətindən danışıb

Siyasət

25 İyul 2023 17:24 811


Qarabağda humanitar böhran artıq hiss olunmaqdadır və Yerevan Cənubi Qafqaz regionundakı ölkələrdən, o cümlədən İrandan bu böhranın aradan qaldırılmasında daha fəal hərəkət gözləyir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

İyulun 24-də keçirilən görüşdə Mirzoyan habelə Abdullahiana Ermənistan-Azərbaycan danışıqlarında Yerevanın “qırmızı xətləri” barədə məlumat verib: Sezar pizza

“Dəqiq sərhədlərin Almatı Bəyannaməsi əsasında bərpası, sərhədin demarkasiyasının və sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlyinin təminatına dair danışıqlar üçün stabil beynəlxalq mexanizmin yaradılması – bizim üçün əsas məsələlərdir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Hüseyn Əmir Abdullahian 10 dəqiqəlik çıxışı ərzində Qarabağ və Laçın dəhlizi məsələsinə toxunmayıb.

Tehrandan verilən rəsmi məlumatda deyilir ki, nazirlər “stabil sülh, regionda nəqliyyat kommunikasiyalarının açılması və ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər”.

Azatutyun yazır ki, nəqliyyat marşrutlarından danışan İran naziri Azərbaycan prezidenti İlham Əliyevlə bu yaxınlarda keçirilmiş görüşündən geniş bəhs edib.

Abdullahianın sözlərinə görə, “Zəngəzur dəhlizindən” danışarkən Əliyev onu əmin edib ki, Bakı İranla Ermənistanı birləşdirən tarixi yolun bağlanmasına heç vaxt tərəfdar olmayıb və hazırda da buna tərəfdar deyil.

İran naziri izah edib ki, Əliyev “Zəngəzur dəhlizi” terminini işlədərkən tranzit maneələrinin aradan qaldırılmasını nəzərdə tutur.

Azatutyun yazır ki, iyulun 24-də Ararat Mirzoyanı İran prezidenti İbrahim Rəisi də qəbul edib. Bu görüş zamanı Rəisi deyib ki, “İran region ölkələrinin sərhədlərinin dəyişdirilməsini və ərazi bütövlüyünün pozulmasını qeyri-məqbul hesab edir”.

Rəisi habelə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda aparılan danışıqlar barədə deyib ki, bu proses ABŞ-ın müdaxiləsindən azad olmalıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!