Abdullahian: “Rusiya və Ukrayna üçün platforma ola bilərik“

saytların hazırlanması

Evə çatdırılma

Abdullahian: “Rusiya və Ukrayna üçün platforma ola bilərik“

Dünya

26 May 2022 16:23 822


Tehran İslam Respublikasını Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi təklif edir.

Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

"Biz Ukraynadakı vəziyyətin siyasi həlli və danışıqların tərəfdarıyıq. Keçən həftə mən Rusiya xarici işlər naziri Sergey Lavrova dedim ki, İran iki tərəf üçün platforma olmağa hazırdır". Marqarita pizza

Nazir əlavə edib ki, Ukraynadakı münaqişənin səbəbi “ABŞ və NATO-nun Kremlin hərbi mövcudluğunu genişləndirmək cəhdi ilə təhrik etdiyi təxribat hərəkətləridir”.

Xatırladaq ki, mayın 19-da Lavrovla Əmir Abdullahyan arasında telefon danışığı olub. Tərəflər nüvə sazişinin bərpası perspektivlərini və Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!