Abel Məhərrəmov toya getdiyinə peşman olub? - “Niyə məni narahat edirsiniz?”

saytların hazırlanması

Evə çatdırılma

Abel Məhərrəmov toya getdiyinə peşman olub? - “Niyə məni narahat edirsiniz?”

Sosial

21 Avqust 2020 16:34 1606


Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”. pizza hut

Məsələ ilə bağlı Report-un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!