Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Sosial

12 Fevral 2019 21:56 1110


Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb. Pepperoni pizza

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

***

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bu barədə Media.Az məlumat yayıb və qeyd edilib ki, eks-rektor VİP palatadadır.

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!