AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.
M.Mərdanov Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:
“Vallah mən də bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq telefon zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün dərhal xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Kamran həkimin nəzarəti altındadır”. pizza hut
Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır:
“Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhhətində problem yoxdur, bu gün evə buraxılacaq”.
unikal.org
Telegram kanalımız