Abid Şərifov: “86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq?”

saytların hazırlanması

Evə çatdırılma

Abid Şərifov: “86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq?”

Sağlamlıq

14 Yanvar 2026 14:31 3209


“İndi nisbətən babatam. Ev şəraitində müalicəm davam edir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, səhhətində irəliləyiş olub-olmaması barədə suala cavab olaraq deyib:    Dominos pizza

“Mənim 86 yaşım var. 86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq? Buna da şükür. Əvvəlki ilə müqayisədə indi nisbətən hərəkət edə bilirəm”.

Qeyd edək ki, Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

A.Şərifov ötən ilin oktyabrında insult keçirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!