Abid Şərifov insult keçirib -   VƏZİYYƏTİ AĞIRDIR

saytların hazırlanması

Evə çatdırılma

Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR

Sağlamlıq

16 Oktyabr 2025 16:35 5185


Baş nazirin keçmiş müavini Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb.

“Yeni Sabah”-ın əldə etdiyi xəbərə görə, o, insult keçirib.

Nəticədə A.Şərifov yerimə və danışma qabiliyyətini itirib. Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır. pizza sifarişi

A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, insult beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunan ciddi tibbi vəziyyətdir. Bu xəstəlik təcili tibbi müdaxilə və davamlı nəzarət tələb edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!