Abituriyent və tələbələrin valideynlərinə ciddi xəbərdarlıq - Övladınızı itirə bilərsiniz...

saytların hazırlanması

Evə çatdırılma

Abituriyent və tələbələrin valideynlərinə ciddi xəbərdarlıq - Övladınızı itirə bilərsiniz...

Sosial

02 Fevral 2024 15:08 1382


“Son vaxtlar məktəblərdə kriminal hadisələr, zorakılıq halları maksimum həddə çatıb. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə aparmağa qorxurlar. Onlar övladları üçün böyük narahatlıq hissi keçirirlər”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru, tanınmış təhsil eksperti Ramal Şəmşədli bildirib. O indiki abituriyent və tələbələrin çox gərgin olduğunu vurğulayıb: 

“Şagird və tələbələrin əksəriyyəti stres, gərginlik içərisindədir. Bunun əsas səbəbi məktəblərdə psixoloji dərslərin tədris olunmamasıdır. Nə müəllimlər, nə də ki, psixoloqlar şagirdlərə normal davranış sərgiləmir. Sosial şəbəkələrdə də müəllimlərin şagirdlərə olan sərt davranış və reaksiyaları ilə qarşılaşırıq. Məktəbdə fəaliyyət göstərən psixoloqlar öz öhdəliklərini lazımınca yerinə yetirmir. Onların adı ştatda olsa da, məktəbdə düzgün fəaliyyət göstərdiklərini düşünmürəm”.  pizza hut

Mütəxəssis valideynlərə bir sıra tövsiyələr verib: 

“Digər tərəfdən, valideynlərin də belə məsələlərdə rolu var. Məlum olduğu üzrə boşanmalar çoxalıb. Bəzi uşaqlar anasız, bəziləri də atasız böyüyür. Bu hal da onların psixologiyasına mənfi təsir göstərir. Yaxud gənclərimiz tez evlənir, onların övlad yetişdirmə təcrübələri yoxdur. Uşaqlar sevgi ilə böyümürlər. Valideyn övladını hazırlığa qoyur və onun beyninə yeridir ki, pul verirəm deyə oxumalı, universitetə daxil olmalısan. Yaxın ətrafda isə daha çalışqan və uğurlu nəticə göstərənləri öz uşaqlarına nümunə gətirib təzyiq göstərirlər ki, qonşunun uşağı yaxşı bal topladı, sən niyə bacaemadın? Beləliklə, 16-17 yaşında uşaqları zənn altında qoyurlar. Uşaqlar yüklənir, bilmir imtahana hazırlaşsın, yoxsa ata-ana, qohum-qonşu qınağına, yaşıdlarının ali məktəbə qəbul olanda özünün aqibətinin necə olacağı barədə qorxusuna qalib gəlsin. Bütün bunlar böyük stres meydana gətirir. Həmin səbəblərdən ötrü, əvvəllər öz canına qəsd edən nə qədər yeniyetmə, gənclər olub. Valideynlər bu hadisələri nəzərə alaraq, öz övladlarına qarşı çox həssas və diqqətli davranmalıdır. Bununla bağlı televiziyalarda videoroliklər və sujetlər yayımlansa, daha yaxşı olar. Valideynlərin bu mövzuda maariflənmə prosesini də beləliklə sürətləndirmiş olarıq”. 

Ekspert məktəblərdə ciddi addımların atılmasının zəruri olduğunu qeyd edib:

“Sözügedən mövzuda yük ilk növbədə ata-ananın, daha sonra müəllim və məktəb psixoloqlarının üzərinə düşür. Təhsil müəssisələrində belə mövzulara xüsusi diqqət göstərilməli, Elm və Təhsil Nazirliyi tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir. Yaxşı olar ki, psixoloqlar iki ayda bir dəfə də olsa, valideynləri iclasa toplasınlar və şagirdlərin psixoloji durumunu müzakirə etsinlər. Valideynlərin maariflənməsi və hansı formada övladlarına yaxınlaşmasını bu yolla aşılamaq mümkündür. Mütləqdir ki, məsələyə dair təlim və seminarlar keçirilsin”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!