“Öz peşəsi üzrə axıra qədər işləyə bilən çox az sayda insan var”.
Yenisabah.az-a açıqlamasında təhsil eksperti Asif Cahangirov avqustun 16-sı başlayacaq ixtisas seçimi ilə bağlı abituriyentlərə bir sıra tövsiyələr edib.
“Çox istərdimki tələbələr Azərbaycanın sosial-iqtisadi inkişafını artırmaq üçün dünyada cərəyan edən prosesləri nəzərə alaraq müasir dövrün tələbatı olan peşələrə - yəni, robotlaşdırma, İnformasiya Texnologiyaları, biomühəndislik və.s bu kimi peşələrə yiyələnsinlər. Ancaq təəssüf hissi ilə bildirə bilərəm ki, hər zamanki kimi yenə də Azərbaycanda tələbələrin meyli iqtisadiyyata, tibbə və hüquqadır”.
Ekspert bildirib ki, istedadlı müəllimlərə Azərbaycanda tələbat yüksəkdir.
“Lakin tələbələrin əksəriyyəti qazancı daha yüksək peşəyə sahib olmağı seçirlər və bu seçimlərində haqlıdırlar. Fikrimcə, müəllimlərin maaşı artırılsa Finlandiyada, Sinqapurda olduğu kimi Azərbaycanda da savadı yüksək olan tələbələr müəllimlik peşəsinə yiyələnərlər.
Tələbələrə əsas olaraq tövsiyə edə bilərəm ki, düşdükləri mühitə alışa bilsinlər. Çünki öz peşəsi üzrə axıra qədər işləyə bilən çox az sayda insan vardır. Hər bir insan həyatının müxtəlif illərində müxtəlif peşələrdə çalışa bilər”.
Nəsimi Ələsgərli
Telegram kanalımız