Abituriyentlər üçün həyəcanlı anlar - Dəqiqələr qaldı...

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər üçün həyəcanlı anlar - Dəqiqələr qaldı...

Sosial

22 Avqust 2024 17:09 20084


Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbulun nəticələrinin bu gün, yəni 22 avqust tarixində elan olunması nəzərdə tutulur. Daha dəqiq desək, bu gün gecə saat 23:59-a qədər abituriyentlərin qəbul olduğu ixtisaslar məlum olacaq. Abituriyentlərin səbirsizliklə gözlədiyi bu tarixi anın bu gün saat 18:00-da da reallaşması istisna olunmur. 

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-a başa çatıb.  pizza sifarişi

Məlumat üçün qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib.  2024/2025-cü tədris ili üçün isə respublikanın ali təhsil müəssisələrinə 55907 qəbul yeri ayrılıb. 

Ən çox ərizə I qrup üzrə verilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!