"Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq".
"Yeni Sabah" xəbər verir ki, bu sözlərı təhsil eksperti Kamran Əsədov deyib. o bildirib ki, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid builki imtahanlarda istifadə olunmayacaq:
"Buna görə şagirdlər, müəllimlər, abituriyentlər narahat olmasınlar. Çünki Azərbaycan dilinin orfoqrafiya normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Azərbaycan dilinin Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına, həmçinin test imtahanlarında da riayət olunmalıdır. Toyuqlu pizza
2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarında iştirak edənlər köhnə qaydalarla orfoqrafiya lüğətinin normalarına uyğun olaraq cavab verəcəklər".
Telegram kanalımız