ABŞ 5 silahlı qruplaşmanı “xarici terror təşkilatları” siyahısından çıxarmağa hazırlaşır.
Yenisabah.az xəbər verir ki, Dövlət Departamentinin siyahısından bu təşkilatlar çıxarılmalıdır:
1. "ETA": 1959-cu ildə qurulan və İspaniyanın şimalı ilə Fransanın cənubunda müstəqil Bask dövləti (Baskoniya) qurmaq üçün silahlı mübarizə aparan "ETA" 2017-ci ilin aprelində silahlarını yerə qoyduğunu açıqlayıb. Sezar pizza
2. "Aum Şinrikyo". 1980-ci illərdə hindu və buddist inanclarının sintezi kimi Yaponiyada yaradılıb. Qruplaşma Tokio metrosunda terror aktı törətməsilə gündəmə gəlib. Təriqətə qlobal müharibə nəticəsində dünyanın sonu gələcək və yalnız məzhəb üzvləri sağ qalacaq.
3. "Kahane Çai". 1971-ci ildə ultramillətçi yəhudi ravvin Meir Kahane tərəfindən yaradılıb. Qrupun üzvləri fəaliyyət göstərdiyi illərdə fələstinliləri və İsrail dövlət rəsmilərini hədəf alıblar. Qrup 2005-ci ildən fəaliyyət göstərmir.
4. "Qüds Mücahidləri Şura Məclisi". 2012-ci ildə Qəzzada yarandığı gündən bəri İsrailə qarşı çoxlu hücumlar həyata keçirib.
5. "İslam Camaatı". 1990-cı illərdə Misir hökumətini devirmək məqsədi daşıyan hərəkatdır.
Telegram kanalımız