ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Lavrovun müavini

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq - Lavrovun müavini

Siyasət

02 Mart 2023 15:58 655


"Rusiya təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı dialoqa çağırır". 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. 

"Kosmik silahlanma yarışının qarşısının alınmasına dair sənədin hazırlanması zərurəti ABŞ-ın proqramlarına görə artıb. Rusiya Federasiyası START məhdudiyyətlərinə sazişdə iştirakını dayandırdıqdan sonra da riayət edir. ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunması nüvə güclərinin birbaşa toqquşması ilə nəticələnə bilər. Silahlara nəzarət sistemindəki problemlər NATO-nun atdığı destruktiv addımlarla bağlıdır. Qərb Lavrovun Cenevrədəki tərksilah konfransındakı çıxışına məhdudiyyətlər qoymaqla Rusiya ilə dialoqdan uzaqlaşmağa çalışır. ABŞ nüvə sınaqları keçirərsə, Rusiya Federasiyası adekvat cavab verməyə məcbur olacaq", - deyə o bildirib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!