ABŞ Ali Məhkəməsinin ölkədə abort hüququnu qoruyan qanunu ləğv etməyə hazırlaşdığı xəbəri müzakirələrə səbəb olub.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın qabaqcıl media orqanlarından biri olan Politico-nun sızdırdığı məhkəmə sənədində Ali Məhkəmədə əksəriyyətin çoxluğunu təmin edən Roe Wade qərarının səhv olduğu görülüb. Mətndə “Abort hüququnun ölkənin tarixində və adət-ənənələrində köklü yeri yoxdur” ifadəsi diqqət çəkib.
“Roe Wade əleyhinə” qanunu ləğv edə biləcəyini və abortu konstitusiya hüququna çevirə biləcəyini ortaya qoyan sənəd böyük əks-səda doğurub. ABŞ-da “son 50 ilin ən böyük hüquqları məhdudlaşdırılması” kimi xarakterizə edilən qanun layihəsi qanuna çevrilərsə, ölkədə genişmiqyaslı aksiyalar gözlənilir. Dördpendirli pizza
Hakimlərin əksəriyyətinin respublikaçı prezidentlər tərəfindən təyin edildiyi Ali Məhkəmənin iyulun əvvəlində bu iş üzrə qərarını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, abort tərəfdarları dünən axşam Nümayəndələr Palatasının qarşısında nümayiş keçiriblər.
Nəzrin Vahid
Telegram kanalımız