ABŞ Azərbaycanın bu fəaliyyətini müsbət qiymətləndirir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Azərbaycanın bu fəaliyyətini müsbət qiymətləndirir

Siyasət

01 İyun 2023 19:36 598


“ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.

“ABŞ-da “yaşıl hidrogen” sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və “yaşıl enerji”nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi”, - o deyib. Toyuqlu pizza

C. Pyattın sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübə və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk”.

O qeyd edib ki, yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!