"ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə dünənki zəngindən çıxardığım bir necə nəticə var. Onlardan ən mühümünü budur ki, bu zəng Nikol Paşinyanla telefon danışığı ilə (6 mart) paralel deyil, Prezident Baydenin uydurma hay soyqırımını tanımasından sonra edilib. Bu isə o deməkdir ki, rəsmi Vaşinqtonu hərəkətə gətirən bununla bağlı Azərbaycanda bütün səviyyələrdə baş qaldıran haqlı narazılıqdır. ABŞ Azərbaycanın regiondakı rolunu düzgün qiymətləndirərək heç də düzgün olmayan hərəkətindən qaynaqlanan bu narazılığın yumşaldılıması yönündə addımlar atmağa çalışır. Yəni bu telefon zəngi də mahiyyətcə Baydeinin buraxdığı “tarixi səhv” öncəsi cənab Ərdoğana edilənin eynisidir".
Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.
Deputatın qənaətincə, telefon danışığı zamanı Blinkenin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını vurğulaması o deməkdir ki, 44 günlük savaşın yaratdığı reallıq ürəyindən olmasa da, ABŞ bununla barışır: Marqarita pizza
"Sözügedən üzdəniraq düzəliş 1992-ci ildə “Dağlıq Qarabağın işğalı" və Ermənistana qarşı blokadaya görə tətbiq olunmuşdu. Bax, bu faktın özü də okeanın o tayındakıların beynəlxalq hüquqa yanaşmada nə qədər sayğısızcasına davrandıqlarının və bizə qarşı necə böyük ədalətsizlik etdiklərinin bir göstəricisidir. Torpağı işğal edilən bir ölkəni işğalda suçlandırırdılar fikir verirsinizmi? Nə isə, əgər ABŞ Prezidenti Vətən savaşından sonra “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa, demək, o, indiki Azərbaycan dövlətiylə 1992-ci ildəkinin arasındakı fərqi yaxşı dərk edir, bizimlə əməkdaşlığı özləri üçün mühüm sayır və ona görə də qərbdəki bəzi çevrələrin növbəti “işğal” haray-həşirlərinə sadəcə çərənləmə kimi yanaşmağı üstün tutur, vəssalam".
Telegram kanalımız