ABŞ-da atışma olub - Ölənlər və yaralananlar var 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da atışma olub - Ölənlər və yaralananlar var 

Dünya

02 İyun 2022 08:58 729


ABŞ-da atışma olub. “Report” xəbər verir ki, bu barədə yerli “NewsOn6” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Oklahoma ştatında olub. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 02:00) Talsa şəhərində tibb mərkəzində qeydə alınan silahlı insident zamanı çox sayda insanın xəsarət aldığı bildirilir.

"Tulsada həkim kabinetində baş verən atışmada bir çox insan yaralanıb...", - hüquq-mühafizə orqanının rəsmisi kanala istinadən bildirib. Dördpendirli pizza

“Associated Press” (AP) agentliyi isə polisə istinadən xəbər verir ki, atışma zamanı bir neçə nəfər ölüb.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin güllələndiyini güman edir.

“Biz onu vurduq, yoxsa o özü özünü güllələdi, bilmirəm”, - polis əməkdaşlarından biri telekanala deyib.

NBC telekanalı isə bildirib ki, atışma zamanı azı 4 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Yaralıların vəziyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!