ABŞ-da benzin bahalaşır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da benzin bahalaşır

Dünya

18 May 2022 09:10 742


ABŞ-ın Kaliforniya əyalətində benzinin qiyməti keçən illə müqayisədə təxminən 2 dollar artaraq 6 dollardan çox olub.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, digər ştatlrda benzinin orta qiyməti 4 dollardan çoxdur.

Həmçinin, ölkə üzrə qazın orta qiyməti rekord həddə - 4523 dollara çatıb. pizza mizza

Mütəxəssislərin fikrincə, benzinin qiyməti inflyasiyaya təsir edən amillərdən biridir, çünki bu, malların daşınma xərclərini artırır. Aprel ayında ABŞ-da inflyasiya 8,3 faiz təşkil edərək pik həddinə yaxınlaşıb.

Kommersiya nəqliyyatı üçün əsas enerji mənbəyi olan dizelin də qiymətində bahlaşma var. Onun orta qiyməti keçən illə müqayisədə 2,40 dollar artaraq 5,573 dollar/qallon olub.

ABŞ Neft və Qaz Assosiasiyasının sədri Tim Stewart bu yaxınlarda ölkəsinin son 50 ilin ən böyük enerji böhranı ilə üzləşdiyini və ABŞ-ın ehtiyatlarının bütün zamanların ən aşağı həddə olduğunu açıqlayıb. O, ABŞ prezidenti Co Bayden administrasiyasının bu böhrandan çıxmaq üçün heç bir strategiyasının olmadığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!