ABŞ-da karantin rejimini pozan azərbaycanlı həbs olundu   + Video

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da karantin rejimini pozan azərbaycanlı həbs olundu + Video

Hadisə

07 İyun 2020 13:24 691


ABŞ polisi Abdulla Əliyevi (Həmçinin Turqut Əliyev kimi tanınan) şənbə günü karantin qaydalarını pozduğu və açıq havada gəzərək çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşdığı üçün həbs edib.

Yenisabah.az nocomment.az-a istinadən xəbər verir ki, sosial media hesabındakı postundan sonra Havay ştatının məcburi 14 gün karantin qaydalarını pozduguna görə həbs edilib.

Azərbaycan vətəndaşı olan Abdulla Əliyev şənbə günü günortadan sonra hava limanında Los Ancelesə geri uçuş gözləyən zaman saxlanılıb. Marqarita pizza

Havay adalarına gələnlər üçün 14 günlük karantin qaydası var. O, sosial mediada yayımlanan postları, çimərlikdə, Foster Nəbatat Bağında və adanın digər yerlərində şəkillər çəkərək paylaşmaqla diqqəti cəlb edib.

Yerli sakinlər onun sosial media postlarını görərək polisə karantin qaydalarını pozması barədə məlumat veriblər.

Onun 14 gun karantin qaydalarnı pozduğu və cəmiyyətdə “yalan məlumat” yaydığı ittihamı ilə həbs edildiyi bildirilir.

Qeyd edək ki, həmvətənlimizin məhkəməyə qədər azadlıqda qalması ücün 2 000 ABŞ dolları girov təyin edilib. ("BakuPost")


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!