ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 2 nəfər öleb, 10 nəfər yaralanıb, 1 nəfər isə şübhəli şəxs qismində saxlanılıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində dünən axşam saatlarında silahlı hücum baş verib. Çikaqo polisinin sözçüsü Tom Ahern bildirib ki, hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerində silah ələ keçirildiyini qeyd edən Ahern, bir şübhəlinin nəzarətə alındığını bildirib. Xəsarət alanların vəziyyəti ilə bağlı heç bir açıqlama verilməyib. Bölgədəki "Qırmızı Xətt" qatar xəttində polis tərəfindən axtarış aparıldığı və sərnişinlərin təxliyə edildiyi söylənilib. Toyuqlu pizza
Nəzrin Vahid
Telegram kanalımız