ABŞ-dakı səfirliyimizin xidməti avtomobilinə ermənilər atəş açıb?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dakı səfirliyimizin xidməti avtomobilinə ermənilər atəş açıb?

Siyasət

12 Oktyabr 2022 14:22 739


“Göründüyü kimi, Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük”.

Yenisabah.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tviterdə yazıb.

“1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər”, - o vurğulayıb. Toyuqlu pizza

Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!