ABŞ-dan Azərbaycana poçtla göndərilən bağlamadan marixuana çıxdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan Azərbaycana poçtla göndərilən bağlamadan marixuana çıxdı - Foto

Kriminal

30 Sentyabr 2019 18:49 1266


Poçtla ABŞ-dan Azərbaycana göndərilən bağlamadan narkotik çıxıb.

Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikası vətəndaşının adına ABŞ-dan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada təmiz çəkisi 27,626 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Narkotik maddə “paltar, şirniyyat, dərman” kimi bəyan olunan poçt bağlamasında, işlənmiş geyim əşyalarının arasından çıxıb. Dominos pizza

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, aşkar edilən narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuanadır.

Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı”na daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!