ABŞ-dan Laçın dəhlizinin bağlanmasına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan Laçın dəhlizinin bağlanmasına reaksiya

Siyasət

17 Dekabr 2022 11:07 989


Laçın dəhlizini bağlaması ciddi humanitar nəticələrə səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Laçın dəhlizinin bağlanması ciddi humanitar nəticələrə səbəb ola bilər və açığı, sülh prosesini ləngidir. Biz şadıq ki, Dağlıq Qarabağa qaz verilişi bərpa olunub. Artıq dediyim kimi, enerji infrastrukturunun pozulması humanitar böhrana səbəb ola bilər. Biz dəhlizdə sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq və bunun yolu danışıqlardan keçir”, - Patel bildirib. pizza

ABŞ administrasiyasının tərəflərin ilin sonuna kimi sülh sazişi imzalayacağına inanıb-inanmaması sualına dövlət departamentinin vitse-spikeri cavab verərkən tarixlər barədə danışmaqdan yayınıb.

“Bu, bildiyiniz kimi, dövlət katibinin, eləcə də Dövlət Departamentinin digər yüksək rütbəli məmurlarının çox maraqlandığı və diqqət yetirdiyi məsələdir. Biz bundan sonra da bu işlə dərindən məşğul olacağıq” - deyə Patel bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!