ABŞ-dan müharibə XƏBƏRDARLIĞI: “Rusiya, Hindistan və İran Ermənistanı silahlandırır”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan müharibə XƏBƏRDARLIĞI: “Rusiya, Hindistan və İran Ermənistanı silahlandırır”

Siyasət

10 Mart 2023 14:05 1981


“Əgər ABŞ, yaxud Böyük Britaniya kəşfiyyatları - CIA və MI6 nə isə barəsində xəbərdarlıq edirsə, deməli, onun baş verməsi mümkündürr”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

Politoloq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Azərbaycan və Ermənistan arasında baş verə biləcək yeni toqquşmalar barəsində yayımladığı bəyanata münasibət bildirib.  pizza

Məsələ ilə bağlı öz fikirlərini səsləndirən F.Abbasov bununla bağlı nümunə də çəkib:

“Əgər deyirlərsə, səfirliyin işçiləri ölkəni tərk etsin, yaxud filan ölkəyə getmək məsləhət görülmür - bu cür hadisələrdə mütləq şəkildə ya terror olur, ya da başqa bir olay. Mən bunu Rusiyada da görmüşdüm. Əgər ABŞ səfirlikləri hər hansısa bir xəbərdarlıq edirlərsə, doğrudan da o xəbərdarlıqdan sonra nə isə baş verir”. 

Analitik Ukrayna müharibəsi başlamamışdan öncə CIA tərəfindən verilən bəyanatları xatırladıb: 

“Keçən il fevralın əvvəllərində həm MI6, həm də CIA məlumat verirdi ki, Rusiya Ukraynaya hücum edəcək. Lakin heç kim onları ciddiyə almırdı ki, 2 pravoslav dövlət niyə bir-birinə hücum etsin? O zaman bu şəkildə söyləntilər var idi. Amma nəticə etibarilə, ABŞ-ın dediyi proqnozlar özünü doğrultdu”. 

Siyasi şərhçi diqqətə çatdırıb ki, CIA-in Qarabağ problemi ətrafında vermiş olduğu proqnozları ciddiyə almaq lazımdır: 

“Çünki Ermənistan Hindistan, İran, Rusiya və digər dövlətlər tərəfindən silahlandırılmaqdadır, bundan başqa, Ermənistanda revanşizm düşüncələri çox güclüdür. Ona görə də bu və ya digər şəkildə ya Ermənistanın Azərbaycana hücum etməsi, ya da Qarabağ separatçılarından istifadə etməklə ölkəmizə qarşı hansısa bir təxribat gözlənilir. Əgər CIA bunu deyibsə, deməli, məncə, buna ciddi münasibət bəsləmək lazımdır. Ona uyğun olaraq da həm xarici, həm də müdafiə siyasəti aparmaq lazımdır”. 

Ekspertin qənaətinə görə, bütün bu hadisələrin hamısı Rusiyanın Ukraynada apardığı müharibənin gedişatından asılıdır:

“Əgər Rusiya Ukraynada məğlubiyyətə uğrasa, yaxud istədiyinə nail olmasa, tutaq ki, ABŞ və Avropa Rusiyaya öz şərtlərini qəbul etdirdilər və müharibə Rusiyanın itkisi ilə nəticələndi - belə olan halda Rusiya qərb sərhədlərindəki kontrolu itirəndən sonra istər-istəməz cənub sərhədlərinə yönələcək. Demək olar ki, bundan sonra İkinci Ukrayna Cəbhəsinin Qafqazda açılma ehtimalı ola bilər. Çünki Rusiya qərb sərhədini itirdikdən sonra cənub sərhədlərini heç itirmək istəməz”. 

Onun sözlərinə görə, bundan dolayı, Rusiya Gürcüstan, Azərbaycan və Ermənistan kimi respublikalara qarşı həm hərbi diqqətini, həm də xarici siyasətini daha da gücləndirəcək:

“Nəticə etibarilə, Avropa və ABŞ-ın əli ilə Cənubi Qafqazda müharibə çıxarmaq istəyən Ermənistan lokal müharibədən daha çox bölgəni qlobal güclərin poliqonuna çevirməyə çalışacaq. Ona görə də hər şey Ukrayna müharibəsinin gedişatından sonra həll olunacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!