ABŞ-dan sürpriz həmlə - Ermənistana gələn şəxs təşviş yaratdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan sürpriz həmlə - Ermənistana gələn şəxs təşviş yaratdı

Siyasət

01 İyul 2023 22:17 8568


“ABŞ Azərbaycanla sülh müqaviləsini imzalaması üçün Ermənistana təzyiq edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun yüksək rütbəli rəsmisi Ceyms Obraynın Ermənistana iki günlük (29-30 iyun) səfəri son dərəcə maraqlı və intriqalı sayıla bilər. Xüsusən də həmin səfəri iyunun 27-29-da Vaşinqtonda davam edən Mirzoyan-Bayramov-Blinken danışıqları ilə birləşdirsək. Amerikanın Ermənistandakı səfirliyinin yaydığı açıqlamaya əsasən, Obrayn Ermənistanın ABŞ-ın sanksiyalarını təmin etmək öhdəliyini və bu çərçivədə əməkdaşlıq məsələsini müzakirə etmək üçün Paşinyan da daxil olmaqla digər yüksək rütbəli rəsmilərlə görüşüb. Pepperoni pizza

Artıq ABŞ-ın, ümumiyyətlə, Qərbin anti-Rusiya sanksiyalarını pozmamaqla bağlı İrəvana çox ciddi təzyiqlər göstərməsi barədə yazmışdıq. İndi bu təzyiq dərinləşməyə başlayıb, çünki sanksiyalar siyasəti ilə məşğul olan Amerika qurumunun nümayəndələri artıq Ermənistana səfər edirlər. Bu təzyiqi nə qədər sırf geosiyasi qarşıdurmanın tərkib hissəsi hesab etsək də, eyni zamanda, bunu ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ciddi irəliləyiş əldə etməyə çalışdığı təsir aləti hesab etməyə bilmərik. ABŞ bununla yekun nəticə əldə etməyə və Cənubi Qafqazda Rusiyanın əvəzinə sülhməramlı mövqe tutmağa çalışır. Bu çərçivə həm də Qarabağ məsələsinin tam bağlanmasını və Azərbaycanın idarəçiliyinə verilməsini ehtiva edir”, - məlumatda deyilir.

Nəşrin yazdığına görə, ABŞ-dan Ermənistana son səfərlər təzyiqlərin növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Məlumatada deyilir ki, son vaxtlar Qərbdə tez-tez Ermənistanı adı Rusiyaya qarşı beynəlxalq sanksiyaları pozmaqda hallandırılır.

“Amerikanın yüksək rütbəli nümayəndəsi şəxsən İrəvana baş verənləri öz gözləri ilə baxmaq üçün gəlib. Bu, yoxlama ziyarətinə bənzəyir. Unutmayaq ki, Amerika mətbuatı Rusiyaya qarşı sanksiyalara yumşaq yanaşan ölkələrin olması ilə bağlı tez-tez materiallar dərc etməyə başlayıb ki, onların arasında Ermənistanın da adı var. “Yumşaq münasibət” dedikdə, sanksiyaların pozulmasını nəzərdə tuturlar”, - məlumatda bildirilir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!