ABŞ-də yaşayan azərbaycanlı gənci ailəsi axtarır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də yaşayan azərbaycanlı gənci ailəsi axtarır

Hadisə

12 Aprel 2026 15:06 345


ABŞ-də yaşayan azərbaycanlı gənc Xalid Qarayevdən aylardır xəbər alınmır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə onun atası Ənnağı Qarayev məlumat verib.

Atanın sözlərinə görə, oğlu ilə sonuncu əlaqə bu ilin yanvar ayında olub. O bildirib ki, Xalid Qarayev son dəfə Santa-Barbara şəhərində olub və ailəsi onunla yanvarın 30-da danışıb. Pepperoni pizza

“Hazırda onunla heç bir əlaqəmiz yoxdur. Xalid Qarayev haqqında hər hansı məlumatı olan və ya onu görən şəxslərdən xahiş edirik bizimlə əlaqə saxlasınlar. Ailəmiz çox çətin vəziyyətdədir. Xalidin anasının səhhəti də ağırdır”, - deyə Sabirabad rayonunda yaşayan ata qeyd edib.

Məlumata görə, Xalid Qarayev ABŞ-yə “Green Card” proqramının qalibi kimi gedib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!