ABŞ-də yeni epidemiya qeydə alındı: Doqquz nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də yeni epidemiya qeydə alındı: Doqquz nəfər öldü

Dünya

30 Avqust 2024 00:35 570


ABŞ-də doqquz nəfərin ölümü ilə nəticələnən böyük bir listerioz epidemiyası qeydə alınıb.

Oxu.Az belta.by-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yerləşdirilib.

Son məlumatlara görə, 57 nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfər isə ölüb. pizza hut

Qeyd olunur ki, bu, 2011-ci ildən bəri ən böyük listerioz epidemiyasıdır. Həmin vaxt epidemiya yemişlə əlaqələndirilirdi.

CDC amerikalıları geri çağırılan ət məhsullarını yeməməyə çağırıb. Hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immun sistemi zəif olan şəxslərin mağazalarda kəsilmiş əti bişirilməmiş halda yeməkdən çəkinmələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!