ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi - Yenilənib

Siyasət

15 Mart 2022 21:26 1343


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Dördpendirli pizza

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

***

ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün “Twitter” səhifəsində məlumat verib.

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , -deyə dövlət katibi qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!