ABŞ Ermənistanı rusları öz ərazisindən qovmağa təhrik edir - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ermənistanı rusları öz ərazisindən qovmağa təhrik edir - Lavrov

Siyasət

17 May 2023 11:54 713


"Rusiya prezidentinin köməkçisi Yuri Uşakov vaxtaşırı Ağ Evdən zənglər alır, Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviç və Rusiyada casusluqda həbs edilən ABŞ-lı Pol Uilanın azadlığa buraxılması tələb olunur". 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib.

"Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanındakı ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır. Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir", - deyə o əlavə edib. pizza mizza

Lavrovun sözlərinə görə, Ermənistan tərəfi KTMT missiyasını ölkəyə yerləşdirməyə razı olsaydı, bundan yalnız qazanmış olardı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!