ABŞ gimnastı Bakıda qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ gimnastı Bakıda qızıl medal qazandı

İdman

16 Mart 2019 17:45 1048


Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında dayaqla tullanma yarışında qaliblər müəyyənləşib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ idmançısı Ceyd Keri 14.766 balla birinci, özbəkistanlı gimnast Oksana Çusovitina ikinci (14.450), meksikalı Aleksa Moreno isə üçüncü (14.249) olub.

Azərbaycan təmsilçisi Marina Nekrasova 13.966 bal toplayaraq yarışı 6-cı sırada tamamlayıb. pizza

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!