ABŞ kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın nə vaxt və harada zərbə endirəcəyi ilə bağlı ətraflı məlumat verib.
Yenisabaha.az "NBC News"a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Bu, ABŞ-ın Ukrayna ilə məlumat mübadiləsi üzrə genişmiqyaslı əməliyyatının bir hissəsi olub. Demək olar ki, real vaxt rejimində ötürülən məlumatlar Ukraynaya hava hücumundan müdafiə vasitələrini və təyyarələri təhlükədən yayındırmağa imkan verib. Dominos pizza
Bundan əlavə, müharibənin ilk günlərində bu məlumatlar Ukraynaya yüzlərlə hərbçinin olduğu Rusiya təyyarəsini vurmağa kömək edib. Bu da öz növbəsində Rusiyanın Kiyev yaxınlığındakı Qostomel hava limanına hücumunu dəf etmə imkanı yaradıb.
NBC həmsöhbətləri iddia edirlər ki, ABŞ və Pentaqonun kəşfiyyatı Rusiyanın ölkənin əksər hissəsini ələ keçirməsinə mane olan mühüm amil olub. Bunlara kommersiya peyk görüntüləri, eləcə də bir çox digər məlumatlar, məsələn, müəyyən növ rus bölmələrinin yeri daxildir.
Ukrayna, ABŞ-ın məlumatlarından istifadə edərək, demək olar ki, hər gün hava hücumundan müdafiə və təyyarələri yerləşdirir. Rusiyanın Ukrayna üzərindəki hava məkanına nəzarət edə bilməməsinin səbəblərindən biri də budur.
ABŞ rəsmilərindən biri NBC telekanalına deyib: “Rusiya ordusu, sözün əsl mənasında, bir vaxtlar hava hücumundan müdafiə sisteminin quraşdırıldığı boş sahələri parçalayır”.
Telegram kanalımız