ABŞ Gürcüstanı sanksiyalarla hədələdi 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Gürcüstanı sanksiyalarla hədələdi 

Siyasət

08 Mart 2023 08:54 752


ABŞ Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edə bilər. 

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. 

"Biz Gürcüstanda son bir neçə saat ərzində baş verən hadisələri diqqətlə izləyirik. Biz Tbilisidən nümayişçilərə qarşı gözyaşardıcı qaz və etirazları yatırmaq üçün digər vasitələrdən istifadə edildiyinə dair xəbərlər alırıq", - Prays bildirib.  pizza hut

Dövlət Departamentinin rəsmi nümayəndəsi vurğulayıb ki, Gürcüstanda etiraz aksiyalarının yatırılmasına görə məsuliyyət daşıyanlar ABŞ-ın sanksiyalarına məruz qala bilər. 

Qeyd edək ki, Gürcüstan parlamentində qalmaqallı "xarici agentlər" haqqında qanun layihəsinin birinci oxunuşda qəbul edilməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!