Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV100 telekanalının canlı yayımında Türkiyənin Suriyanın şimalında planlaşdırılan yeni hərbi əməliyyata hazırlığını davam etdirdiyini və bunun lazım olan anda birdən başlaya biləcəyini bir daha təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Milliyet” xəbər yayıb.
Planlaşdırılan hərbi əməliyyata toxunan Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə istinad edib. Dominos pizza
“Bizim təhlükədə olduğumuz zaman başqalarının nə deməsinin əhəmiyyəti yoxdur. O təhlükəni zərərsizləşdirmək bizim borcumuzdur. Bu əməliyyatın yeganə məqsədi budur. Türkiyə hər cür hazırlıq görür. Prezidentimizin çıxışı şüara çevrilib: “Bir gecə birdən...”.
Çavuşoğlu, həmçinin, ABŞ və Rusiyanı bu mübarizədə səmimi olmamaqda ittiham edib:
“PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhlükədir. İraq hökuməti terrorla uğurla mübarizə apara bilmir. Əgər yerli rejim terrorçularla mübarizə apara bilmirsə, biz aparacağıq”.
Çavuşoğlu vurğulayıb ki, Rusiya və ABŞ Suriya ilə bağlı verdikləri sözdə durmalıdırlar: “Terrorçuları ərazidən çıxarmalı idilər, amma etmədilər”.
O bildirib ki, ABŞ hələ də terrorçuları silahla dəstəkləməkdə davam edir və bununla bağlı izahat verməlidir.
“PKK və YPG sizin hər ikinizdən istifadə edir. Həmçinin, biz onların İslam Dövləti ilə necə mübarizə apardıqlarını gördük. Onların Əfqanıstana necə aparıldığını bilirik. Bu, qeyri-səmimiliyin əlamətidir. Terrorçu terrorçudur. PYD və YPG ilə PKK arasında heç bir fərq yoxdur. ABŞ bunu hamıdan yaxşı bilir. Onların etdikləri qəbuledilməzdir”, - deyə Çavuşoğlu bildirib.
Telegram kanalımız