ABŞ hərbi şirkətləri silah satışında ilk yerdədir

ABŞ hərbi şirkətləri silah satışında ilk yerdədir

Dünya Veb saytların hazırlanması

05 Dekabr 2022 16:50 583


2021-ci ildə dünyanın 100 ən böyük hərbi sənaye şirkətinin silah və hərbi xidmət satışları əvvəlki ilə nisbətən 1,9 faiz artaraq 592 milyard dollara çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumat yayıb.

Silah satışının həcmi 7 il dalbadal artıb. Amma COVID-19 pandemiyası qlobal tədarük zəncirlərinə ciddi təsir göstərib. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsinin də təsiri olub.

Hesabatda deyilir ki, Ukraynaya milyardlarla dollarlıq avadanlıq və sursat göndərildiyi üçün bu, Avropa və ABŞ-ın hərbi potensial və ehtiyatların artırılması səylərinə mane ola bilər.

Dünyanın 100 ən böyük hərbi sənaye şirkətinin siyahısında, əvvəlki kimi, birinci yeri ABŞ şirkətləri tutur. Siyahıda olan 40 ABŞ şirkətinin ümumi satış həcmi isə 299 milyard dollar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!