ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verdi

Dünya

10 Aprel 2026 19:56 430


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "KC-135R" yanacaqdaşıyan təyyarə Aralıq dənizi üzərində həyəcan siqnalı verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə aviasiya monitorinq resurslarının məlumatlarında qeyd olunub.

Təyyarə Yunanıstanın Krit adası yaxınlığında hava məkanında olarkən yardım istəyib. Ekipaj transponderdə beynəlxalq aviasiyada ümumi fövqəladə vəziyyəti bildirən 7700 kodunu aktivləşdirib. Sezar pizza

Belə siqnal adətən mühərrik nasazlığı, kabinədə təzyiqin düşməsi və ya ekipaj üzvlərinin səhhətinin qəfil pisləşməsi kimi hallarda verilir. Hadisənin səbəbi və təyyarənin hazırkı vəziyyəti barədə rəsmi məlumat yoxdur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!