ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə bu rəsmi rəhbərlik edəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə bu rəsmi rəhbərlik edəcək

Dünya

08 Aprel 2026 11:33 225


ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edəcək Tehran rəsmisinin kimliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf cümə günü İslamabadda ABŞ-la keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edəcək. pizza hut

İran parlamentinin sədr müavini Əli Nikzad isə deyib ki, ABŞ Tehranın 10 şərtini qəbul etməsə, Ali Rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək.

O əlavə edib ki, Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətə heç vaxt qayıtmayacaq.

Qeyd edək ki, İranın razılaşma üçün irəli sürdüyü maddələr arasında İrana və regionda dəstəklədiyi qüvvələrə qarşı hücumun tam dayandırılması, bütün sanksiyaların ləğvi, İrana dəyən ziyanın kompensasiya edilməsi, İranın uran maddəsinin zənginləşdirilməsi hüququnun tanınması və digər tələblər var.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!