Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirildi. Təbii ki, bu dinləmələr ilk deyil. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq. Ədalətin və beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizmin olmadığı çağdaş dünyamızda bəzi güclərin, o cümlədən ABŞ və Fransanın kiçik dövlətlərə bu məsələlərlə bağlı “dərs” keçmək cəhdləri necə qəbul edilə bilər?
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.
O qeyd edib ki, ABŞ Konqresindəki dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-ın tarixi Zəfərimizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını təsdiqlədi. Dominos pizza
V.Rəhimzadə bildirib ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Heç də təsadüfi deyil ki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bu faktın özü dinləmələrin təşkilində əsas məqsədin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.
Baş redaktor vurğulayıb ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Konqres ABŞ-ın özünün günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsaydı daha düzgün olardı.
Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. 2001-ci ildə Birləşmiş Ştatlarda baş verən terror aktı zamanı dövlətimizin prinsipial mövqeyi ABŞ-ın ovaxtkı Administrasiyasını bu qərarın ədalətsizliyini qəbul etməyə və onun bir illik dondurulması barədə qərarı qəbul etməyə məcbur etdi. Erməni diasporunun təsiri ilə 1992-ci ildə həmin ədalətsiz addımın atılmasında əsas məqsəd Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Azərbaycan 10 il həmin ədalətsiz qərarın tətbiqi şəraitində yaşadı. Amma nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi. Noyabrın 15-də Konqresdə keçirilən dinləmələrdə bildirilib ki, ABŞ Azərbaycana yardım etməyəcək. ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq. Bu ədalətsiz qərarın birdəfəlik ləğvinin bu günədək müşkülə çevrilməsi bütün məqamları açıqlayıb. Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur.
“Azərbaycana diktə etmək istəyənlərə hər zaman yeri göstəriləcək. ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli, USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs bu təşkilatlarla əməkdaşlıq etməməlidir. “Azadlıq”, “Amerikanın səsi” radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporların Azərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar”, - deyə baş redaktor qeyd edib.
Telegram kanalımız